EN

İranda zəlzələ OLDU

İranda zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Kerman əyalətində hiss olunub.

Musavat.com xəbər verir ki, Kerman əyalətinin Böhran İdarəetmə Mərkəzinin rəhbəri Qulamrza Nejadxaleqi bildirib ki, Şəhdad şəhərinin Sirəc bölgəsində 4,1 bal gücündə zəlzələ baş verib.

Məlumata görə, yeraltı təkan nəticəsində dağıntı və insan itkisi qeydə alınmayıb.

Hazırda aidiyyəti qurumlar ərazidə vəziyyəti nəzarətdə saxlayır.

 

Musavat.com

Chosen
19
1
musavat.com

2Sources