EN

İran hərbi sənayesi sürət yığdı – raket və PUA-lar yenilənir

İranın raket və pilotsuz uçuş aparatları (PUA) sahəsində modernizasiya tempi müharibədən əvvəlki səviyyəni üstələyib.

Musavat.com xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Hava-Qüvvələrinin komandanı Seyed Məcid Musəvi açıqlama verib.

Onun sözlərinə görə, atəşkəsdən sonra Tehran silahların bərpası və yenilənməsi prosesini daha da sürətləndirib.

Komandan bildirib ki, İran bu sahədə ciddi irəliləyiş əldə edib və hazırkı inkişaf tempi əvvəlki dövrlərlə müqayisədə daha yüksəkdir.

Musəvi əlavə edib ki, qarşı tərəf eyni imkanları yarada bilmir və sursat təminatını uzaq məsafələrdən hissə-hissə həyata keçirməyə məcbur qalır.

Musavat.com

Chosen
24
musavat.com

1Sources