“İranın dəniz blokadasının dayandırılmasını tələb etməsi fonunda Pakistanda ABŞ nümayəndələri ilə danışıqlara nümayəndə heyəti göndərilməsi barədə hələ qərar verilməyib.”
Vətəninfo.az xəbər verir ki, bu haqda son məlumatı İranın “Tasim”agentliyi yayımlayıb.
Xəbərdə deyilir ki,İran hələlik İslamabada danışıqlar aparmaq üçün nümayəndə heyəti göndərmək barədə heç bir qərar vermədiyini bildirib və vurğulayıb ki, ABŞ-ın dəniz blokadası qüvvədə qaldığı müddətdə heç bir danışıqlar baş tutmayacaq
Tasnim-in əldə etdiyi məlumata görə, danışıqların ilk raundu başa çatdıqdan sonra son günlərdə İran və ABŞ arasında mesaj mübadiləsi Pakistan vasitəçisi üzərindən davam edib.
Bu mesajlaşmalar əslində ilkin danışıqlar mərhələsində baş vermiş prosesin davamıdır — lakin həmin proses amerikalıların həddindən artıq tələbləri və iddiaları səbəbindən nəticəsiz qalmışdı.
Həmin danışıqların bitməsindən sonra Pakistan vasitəçisi son dövrlərdə də iki tərəf arasında mesajları ötürməkdə davam edib.
İranın danışıqlar qrupu vurğulayıb ki, ABŞ prezidenti Donald Trump-ın İrana qarşı dəniz blokadası ilə bağlı bəyanatı qüvvədə qaldığı müddətdə heç bir danışıq aparılmayacaq.