Almaniya çempionu "Bayern Münhen" İngiltərənin "Aston Villa" klubunun ulduzu Morqan Rocersi hədəfə alıb.
Fanat.Az xəbər verir ki, "Football Insider"in məlumatına görə, 23 yaşlı futbolçu Münhen təmsilçisinə keçməyə isti baxır.
Lakin "Aston Villa" bu mövsüm 11 qol və 9 məhsuldar ötürmə ilə yadda qalan hücumçu üçün təxminən 100 milyon funt-sterlinq tələb edir. Futbolçu ilə həmçinin "Mançester Yunayted" və "Çelsi" kimi klublar da yaxından maraqlanır.
Rocersin "Villa Park"dan ayrılma ehtimalı günü-gündən artsa da, transferin maliyyə tərəfi əsas müzakirə mövzusudur.