EN

Mançester Siti Arsenal üzərində vacib qələbə qazandı

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

İngiltərə Premyer Liqasında XXXIII turun daha 4 oyunu keçirilib.

"Unikal" xəbər verir ki, turun mərkəzi görüşündə "Mançester Siti" öz meydanında "Arsenal"ı qəbul edib. Qarşılaşma "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra London klubu 70 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 1 oyun az keçirən Mançester təmsilçisi 67 xalla 2-ci pillədə qərarlaşıb.

Günün digər oyunlarında "Aston Villa" "Sanderlend"i 4:3, "Liverpul" "Everton"u 2:1, "Nottingem" isə "Börnli"ni 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura aprelin 20-də yekun vurulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
3
unikal.az

4Sources