EN

Radevin koalisiyası Bolqarıstanda parlament seçkilərində öndədir - YENİLƏNİB-2

Keçmiş prezident Rumen Radevin rəhbərlik etdiyi "Mütərəqqi Bolqarıstan" koalisiyası növbədənkənar parlament seçkilərində qalib gəlib.

"Report"un məlumatına görə, bunu yerli BTV telekanalı tərəfindən yayımlanan "exit-poll"un nəticələri göstərir.

Məlumatlara görə, "Mütərəqqi Bolqarıstan" səslərin 37,5 %-dən 38,9 %-ə qədərini toplayıb ("Alpha Research" və "Market Links"in qiymətləndirmələri).

"Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda" və Demokratik Qüvvələr Birliyi (GERB-SDS) koalisiyası səslərin 15,4 %-dən 16,2 %-ə qədərini toplayaraq ikinci yeri tutub. Üçüncü yeri 13,6 %-dən 14,3 %-ə qədər səs toplayan "Dəyişikliklərə davam etdiririk" Partiyası və "Demokratik Bolqarıstan" koalisiyası tutub.

Onlardan sonra "Hüquqlar və azadlıqlar uğrunda Hərəkat" (7,5 % - 8,4 %), "Dirçəliş" Partiyası (4,9 % - 5,1 %) və "Bolqarıstan Sosialist Partiyası -Birləşmiş solllar"koalisiyası (4,1 % - 4,1 %) gəlir.

Seçkilərdə iştirak təxminən 47 % təşkil edib – bu, təxminən 3,1 milyon seçici deməkdir.

Bolqarıstanda keçirilən parlament seçkilərində fəallıq 34 %-i keçib.

"Report"un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatlarında bildirilir.

"Saat 16:00-a (Bakı vaxtı ilə saat 17:00) qədər seçicilərin 34,63 %-i 52-ci çağırış Bolqarıstan Parlamentinə növbədənkənar seçkilərdə iştirak edib", - açıqlamada deyilir.

Qeyd olunur ki, bu, əvvəlki seçkilərlə müqayisədə təxminən 9 % artım deməkdir.

Ekspertlər seçkilərdə fəallığın 50 %-i keçəcəyini və təxminən 3,3 milyon seçicinin iştirak edəcəyi gözlənilir.

Növbədənkənar seçkilərdə 24 siyasi birliyin nümayəndəsi iştirak edir: 14 partiya və 10 koalisiyanın nümayəndəsi. 240 deputat yeri uğrunda 4 786 namizəd mübarizə aparır.

İlk qeyri-rəsmi nəticələr saat 20:00-da, seçki məntəqələri bağlandıqda açıqlanacaq.

Bolqarıstanda 52-ci cağırış Milli Assambleyasına (birpalatalı parlament) növbədənkənar seçkilər başlayıb.

"Report" xəbər verir ki, ölkə üzrə 12 mindən çox seçki məntəqəsi yerli vaxtla səhər saat 7:00-da açılıb və axşam saat 8:00-a qədər fəaliyyət göstərəcək.

Ölkə daxilindəki seçki məntəqələri ilə yanaşı, Bolqarıstan vətəndaşları dünyanın 55 ölkəsində də səs verəcək.

Son beş ildə səkkizinci dəfə təşkil olunan səsvermə ixtisaslaşdırılmış səsvermə maşınları və ya kağız bülletenlərdən istifadə etməklə mümkün olacaq.

Təxminən 6,5 milyon insan səs vermək hüququna malikdir, lakin təxminən 3,3 milyon seçicinin seçkilərdə iştirak edəcəyi gözlənilir.

Seçkilərdə 24 siyasi qrupun nümayəndələri iştirak edir: 14 partiya və 10 koalisiyanın nümayəndələri. Bundan başqa 240 yer uğrunda 4786 namizəd mübarizə aparır. İlk qeyri-rəsmi səsvermə nəticələri yerli vaxtla saat 20:00-da, seçki məntəqələri bağlandıqda məlum olacaq.

Sorğulara əsasən, keçmiş Prezident Rumen Radev tərəfindən yaradılmış yeni siyasi ittifaq ön sıralarda qərarlaşıb. Bununla yanaşı, Boyko Borisovun rəhbərlik etdiyi GERB partiyası və islahatçı qüvvələr də əsas rəqiblər kimi çıxış edir.

Chosen
7
1
far.az

10Sources