Fransa çempionu PSJ yay transfer pəncərəsi üçün hücum və cinah xətlərini gücləndirməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, "L'EQUIPE" nəşrinin yaydığı məlumata görə, Paris klubu Qabriel Martinelli və Yan Diomandenin nümayəndələri ilə ilkin danışıqlara başlayıb.
Rəhbərlik növbəti mövsüm üçün komandanın hücum potensialını artırmaq məqsədilə geniş imkanlara malik futbolçuları heyətə qatmağı hədəfləyir.
Hər iki futbolçunun potensial transferi Paris təmsilçisinin hücum xəttindəki rəqabəti daha da artıracaq. Danışıqların yaxın aylarda daha da intensivləşəcəyi gözlənilir.