ABŞ-nin Şrivport şəhərində baş verən atışma nəticəsində ən azı səkkiz azyaşlı ölüb, daha iki uşaq yaralanıb.
Bu barədə "NBC News" televiziya kanalı şəhər polisinə istinadən bildirib.
Hüquq-mühafizə orqanı əməkdaşının sözlərinə görə, qurbanların yaşları bir yaşdan 14 yaşa qədər olub.
Onları öldürən şəxs həbs olunarkən öldürülüb. Polis araşdırma aparır.
Trend
Tarix: 19 Aprel 2026, 22:17