EN

GƏRGİNLİK PİK HƏDDƏ: ABŞ İrana qarşı bombardmanlara BAŞLAYIR – Tarix açıqlandı

Yaxın Şərqdə vəziyyət kritik həddə çatıb. “Reuters” agentliyinin yaydığı son dəqiqə məlumatına görə, Amerika Birləşmiş Ştatları çərşənbə axşamı axşam saatlarında İrana qarşı hərbi hava əməliyyatlarına və bombardmanlara başlaya bilər.

NOCOMMENT.az xəbər verir ki, bu xəbərdarlıq bölgədə gərginliyin görünməmiş dərəcədə artdığı və diplomatik təmasların dalana dirəndiyi bir vaxtda gəlir. Pentaqonun mümkün hədəfləri və əməliyyatın miqyası barədə hələlik rəsmi açıqlama verilməsə də, hərbi ekspertlər bu addımın regionda genişmiqyaslı müharibəyə yol aça biləcəyindən narahatdırlar.

Xatırladaq ki, son günlər Hörmüz boğazında gəmilərin hərəkətinin məhdudlaşdırılması və qarşılıqlı hədə-qorxu bəyanatları vəziyyəti daha da ağırlaşdırıb. ABŞ-ın bu addımı İrana qarşı tətbiq edilən təzyiq mexanizmlərinin ən sərt forması kimi qiymətləndirilir.

Sara,
NOCOMMENT.az

Chosen
48
3
nocomment.az

10Sources