EN

“Cenoa”dan səfərdə inamlı qələbə

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 33-cü turunda “Piza” öz meydanında “Cenoa” ilə qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, matçda meydan sahibləri 1:2 hesabı ilə məğlub olub.

Görüşdə hesabı ilk açan tərəf “Piza” olub. 19-cu dəqiqədə Simone Kanestrelli fərqlənib, qolun ötürməsini Samuele Anqori edib.

41-ci dəqiqədə qonaqlar hesabı bərabərləşdirib. Djeff Ehatore Tommaso Baldanzinin ötürməsindən sonra qapını dəqiq nişan alıb.

55-ci dəqiqədə “Cenoa” penalti zərbəsi qazanıb və Lorenso Kolombo bu imkanı dəqiq istifadə edərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra “Cenoa” 39 xalla turnir cədvəlində 13-cü pilləyə yüksəlib. “Piza” isə 18 xalla sonuncu — 20-ci yerdə qərarlaşıb.

Chosen
40
90deqiqe.az

1Sources