EN

Antalyada keçirilən "Çempionlar" turnirində Azərbaycanın 4 güləşçisi medal qazanıb

Türkiyənin Antalya şəhərində 20 yaşadək güləşçilər arasında keçirilən "Çempionlar" beynəlxalq turniri davam edir.

Aznews.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın 4 güləşçisi fəxri kürsüyə yüksəlib.

Sərbəst güləş yarışlarında Nurlan Ağazadə (74 kq) bürünc medala sahib çıxıb.

Yunan-Roma güləşçilərinin mübarizəsində 87 kq çəki dərəcəsində qüvvəsini sınayan Orxan Hacıyev gümüş, Abdullah Həsənov isə bürünc mükafat qazanıb.

Chosen
15
1
aznews.az

2Sources