"Sumqayıt"ın zədəli futbolçusu Ayxan Süleymanlı ağır zədədən geri qayıdıb.
Mövsümü başa vurduğu deyilən 21 yaşlı müdafiəçi artıq kollektiv məşqlərə qoşulub.
Süleymanlı gənclər millimizin heyətində xəsarət almışdı.
Almaniyanın Münhen şəhərində əməliyyat olunan U-21-in kapitanı bu səbəbdən yarım ildən çox yaşıl meydanlardan uzaq düşmüşdü.
Ayxan bu mövsüm cəmi 3 oyunda meydanda olub.
Saşa İliç mövsümün son oyunlarında onun xidmətindən istifadə edə bilər.
XANOĞLAN / SPORTİNFO.AZ