EN

“Mançester Siti” “Arsenal”ı məğlub etdi - çempionluq yarışı qızışdı

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 33-cü turunda “Mançester Siti” öz meydanında “Arsenal”ı qəbul edib.

90deqiqe.Az xəbər verir ki, Mançesterdəki “Etihad” stadionunda baş tutan görüşdə "şəhərlilər" 2:1 hesabı ilə qələbə qazanıb.

Hesabı 16-cı dəqiqədə Rayan Şerki açaraq “Mançester Siti”ni önə keçirib. 18-ci dəqiqədə Kay Haverts rəqib qapıçı Canluici Donnarummanin səhvindən yararlanaraq bərabərlik qolunu vurub.

65-ci dəqiqədə Erling Haaland fərqlənərək “Siti”yə qələbə qazandıran qolu vurub.

Bu nəticədən sonra “Mançester Siti” 67 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb, 70 xala malik “Arsenal” isə liderliyini qoruyub. Qeyd edək ki, “Siti”nin bir oyunu ehtiyatda var.

Növbəti turda “Mançester Siti” aprelin 22-də səfərdə Bernli ilə qarşılaşacaq. “Arsenal” isə aprelin 25-də Nyukasl Yunaytedni qəbul edəcək.

Chosen
27
90deqiqe.az

1Sources