Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Bavariya" Almaniya çempionluğunu təmin etdi
Almaniya Bundesliqasında 30-cu turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, lider "Bavariya" doğma "Arena Münhen" stadionunda "Ştutqart" komandasını qəbul edib.
Altı qolun qeydə alındığı məhsuldar qarşılaşma meydan sahiblərinin 4:2 hesablı inamlı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində "Bavariya" vaxtından əvvəl Almaniya çempionluğunu rəsmiləşdirərək tarixində 35-ci dəfə Bundesliqanın qalibi adını qazanıb.
19 aprel
"Bavariya" - "Ştutqart" - 4:2
Qollar: R.Gerreyru, 31, N.Cekson, 33, A.Devis, 37, H.Keyn, 52 // K.Fürix, 21, Ç.Andres, 88
Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 79-a çatdıran və qızıl medalları təmin edən "Bavariya" turnir cədvəlinə başçılıq edir. Aktivində 56 xalı olan "Ştutqart" isə 4-cü pillədə qərarlaşıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.