EN

"Turan"ın voleybolçusu Ayşən Abduləzimova: "Bu gün sübut etdik ki, güclü tərəf bizik"

"Turan" qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ən güclü tərəf olduğunu sübut edib.

​Bunu "Far.Az"a açıqlamasında komandanın voleybolçusu Ayşən Abduləzimova deyib.

​O, final oyununa istədikləri kimi başlamasalar da, sonradan toparlanaraq qələbə qazandıqlarını bildirib:

​"Mövsümün əvvəlindən məqsədimiz yalnız çempionluq idi. Rəqibin kimliyinin fərqi yox idi, lakin bugünkü komanda bizim üçün bir qədər prinsipial rəqib sayılırdı. Çünki onlara sonuncu oyunda məğlub olmuşduq. Amma bu gün yenidən sübut etdik ki, güclü tərəf bizik".

​A.Abduləzimova komandasının mövsüm boyu göstərdiyi çıxışdan razı qaldığını vurğulayıb:

​"Hesab edirəm ki, bu mövsüm bizim üçün uğurlu keçdi. Çempionat ərzində cəmi bir məğlubiyyətimiz oldu və sonda qızıl medallara sahib çıxdıq".

Qeyd edək ki, "Turan" klubu finalda "DH Volley"i 3:1 hesabı ilə məğlub edib.

Chosen
7
1
far.az

2Sources