EN

ABŞ-da baş verən atışmada səkkiz uşaq həlak olub...

...Luiziana ştatının Şreveport şəhərində baş verən kütləvi atışmada səkkiz uşaq həlak olub, daha on nəfər yaralanıb. SİA xəbər verir ki, NBC faciə barədə məlumat yayıb. Qurbanların yaşları 1 ilə 14 arasında olub.

Həmçinin atıcı ilə qurbanların qohum ola biləcəyi də güman edilir. Hücumçu hadisə yerindən maşınla qaçmağa çalışsa da, təqib zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələnərək öldürülüb.

Bu arada, Kiyevin Qolosiyevski rayonunda naməlum silahlı şəxs yoldan keçənlərə atəş açıb və sonra supermarketdə özünü barrikadaya alıb.

Hadisə nəticəsində altı nəfər ölüb, 15 nəfər yaralanıb. Kişi girov götürüb və yerli polisə silahlı müqavimət göstərib, lakin öldürülüb.

Əli Babayev

Chosen
18
sia.az

1Sources