Almaniya Bundesliqasında 2025/2026 mövsümünün qalibi məlum olub.
Offsideplus.az xəbər verir ki, "Bayern Münhen" klubu turnirin bitməsinə üç tur qalmış çempionluğunu rəsmən elan edib.
​Vinsent Kompaninin rəhbərlik etdiyi "rekordmayster" mövsüm boyu rəqiblərinə aman verməyərək 105-dən çox qol vurmağı bacarıb. Bu möhtəşəm məhsuldarlıq münhenlilərin növbəti qələbəsində əsas rol oynayıb.
​Qeyd edək ki, bu, "Bayern Münhen" klubunun tarixində qazandığı 35-ci çempionluq tituludur.
Hazırda Almaniya nəhəngi həm hücum xəttindəki performansı, həm də erkən çempionluğu ilə ölkə futbolunda dominantlığını bir daha sübut edib.