EN

Şəkərsiz və qlütensiz keks

Bu reseptin sirri şəkər əvəzinə meyvənin təbii şirinliyindən və qlüten ehtiva etməyən un qarışığından istifadə edilməsindədir.

Milli.Az lazım olan məhsulları təqdim edir:
Yumurta: 3 ədəd

Banan püresi: 1 su bardağı (təbii dadlandırıcı rolunu oynayır)

Qatıq: 1/2 su bardağı

Zeytun yağı: 1/2 su bardağı

Qlütensiz un qarışığı: 1,5 su bardağı

Qabartma tozu: 1 paket

Darçın: 1 çay qaşığı

İstəyə görə: Qoz ləpəsi və ya şəkərsiz damla şokolad

Hazırlanma qaydası:
Dərin bir qabda yumurtaları yaxşıca çırpın.

Üzərinə banan püresi, qatıq və zeytun yağını əlavə edib qarışdırmağa davam edin.

Qlütensiz un, qabartma tozu və darçını əlavə edərək bütün məhsullar tam bir cinsli (homogen) hala gələnə qədər qarışdırın.

Hazırladığınız qarışığı yağlanmış keks qəlibinə tökün.

Əvvəlcədən isidilmiş 180°C dərəcəlik fırında təxminən 30-35 dəqiqə bişirin.

Keksin bişib-bişmədiyini diş çöpü (kürdan) vasitəsilə yoxlayın. Fırından çıxardıqdan sonra ilıq hala gəlməsini gözləyin və dilimləyərək servis edin.

Lalə Qüdrətova
Milli.Az

Chosen
1
1
milli.az

2Sources