EN

ABŞ Hörmüz boğazına PUA-lar göndərdi

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında minaların axtarışı və mümkün zərərsizləşdirilməsi üçün pilotuz uşuş aparatlarından (PUA) istifadə etməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Qeyd edilib ki, bu addım dünyanın ən mühüm dəniz marşrutlarından birində təhlükəsiz gəmiçiliyin bərpası cəhdidir.

Bundan əvvəl "CBS" telekanalı mənbələrə istinadla akvatoriyada azı 12 sualtı minanın ola biləcəyi barədə məlumat yaymışdı.

Amerika tərəfi iddia edir ki, bu qurğular, o cümlədən "Maham-3" və "Maham-7" modelləri İran tərəfindən yerləşdirilə bilər. Akvatoriyanın yoxlanılması üçün həm suüstü, həm də sualtı dronlardan istifadə olunur. Hidrolokatorlarla təchiz edilmiş bu aparatlar dənizin dibindəki obyektləri aşkar etmək qabiliyyətinə malikdir. Məqalə müəllifləri hesab edirlər ki, minatəmizləmə əməliyyatları tankerləri qorumaq üçün ABŞ hərbi konvoylarının müşayiətinə hazırlıq mərhələsi ola bilər.

Chosen
23
publika.az

1Sources