EN

KiyevÉ™ bir milyon döyüş sursatı verilÉ™cÉ™k? – AÇIQLAMA

Avropa İttifaqının daxili bazar üzrə komissarı Thierry Breton bildirib ki, Avropa İttifaqı (Aİ) hələ də öz öhdəliklərini yerinə yetirə və bu ilin yazında – mart-aprel aylarına qədər Ukraynaya bir milyon artilleriya sursatı tədarük edə bilər. 

Medianews.az xəbər verir ki, Breton Kiyevə mərmi verməklə bağlı öhdəliklərinə sadiq qalacağını bildirib.

Onun fikrincə, bu məqsədə çatmaq üçün Aİ icmadan kənar dövlətlərə silah ixracını azaltmalı və Aİ ölkələrinin hərbi-sənaye kompleksinə (MİK) daxil olan şirkətlərə təzyiq göstərməlidir.

Bundan əlavə, o vurğulayıb ki, Aİ- nin hərbi sənaye kompleksində Rusiyaya bənzər potensiala malik olması son dərəcə vacibdir , onun fikrincə, iki il ərzində buna nail olmaq olar.

 

Chosen
162
5
medianews.az

5Sources