EN

Kadırov təltif edildi

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Çeçenistan lideri Ramzan Kadırovun oğlu, Respublika Təhlükəsizlik Şurasının katibi Adam Kadırova “A.A. Kadırov adına Xüsusi Alayın 20 illiyi” xatirə medalı təqdim edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

Qeyd olunur ki, mükafat ona Sever Alayının yaradılmasının 20-ci ildönümü zamanı təqdim edilib.

Kadırovun oğlu əvvəllər Zaporojye Atom Elektrik Stansiyasının (ZNPP) təhlükəsizliyinə verdiyi töhfəyə görə medal almışdı.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
2
globalinfo.az

4Sources