Ukraynalı uşaqlardan ibarət daha bir qrup reabilitasiya məqsədilə Azərbaycana gəlib.
Far.Az-in məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev özünün sosial şəbəkə hesabında paylaşım edib.
Səfir bildirib ki, bu, 2026-cı il ərzində reabilitasiya məqsədilə Azərbaycana göndərilən üçüncü uşaq qrupudur.
Məlumata əsasən, proqram çərçivəsində uşaqlara psixoloji və fiziki reabilitasiya dəstəyi göstərilir.