Onun sözlərinə görə, Ankara həm texniki, həm də liderlər səviyyəsində danışıqlara dəstək verməyə, platforma təqdim etməyə və konstruktiv dialoq üçün şərait yaratmağa hazırdır.
Ukrayna tərəfi də təşəbbüsü dəstəkləyir. XİN rəhbəri Andrey Sibiqa bildirib ki, Kiyev Volodimir Zelenski ilə Vladimir Putin arasında, Ərdoğan və Donald Trampın iştirakı ilə görüşün təşkilini xahiş edib və buna hazırdır.
Rusiya XİN rəhbəri Sergey Lavrov isə danışıqların bərpasına müsbət yanaşdıqlarını desə də, bunun hazırda prioritet olmadığını qeyd edib.
Müşviq Tofiqoğlu
KONKRET.az