EN

Vens İranla danışıqlar üçün Pakistana gedir?

ABŞ Prezidenti Donald Tramp Amerikanın BMT-dəki səfiri Mayk Uoltsın vitse-prezident Cey Di Vensin İranla danışıqların ikinci mərhələsi üçün Pakistana gedəcəyi ilə bağlı açıqlamalarını təkzib edib.

Publika.az xəbər verir ki, "ABC News"un müxbiri Conatan Karl bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Prezident Tramp mənə Vensin İslamabada getməyəcəyini dedi. O, dedi ki, problem təhlükəsizlik məsələsindədir – Məxfi Xidmət bunu 24 saat ərzində edə bilməyəcək", - jurnalist yazıb.

Chosen
15
publika.az

1Sources