İngiltərə Premyer Liqasının 33-cü turunda Liverpul derbisi baş tutub.
Bizim.Media xəbər verir ki, "Everton" klubu "Liverpul"u qəbul edib.
Görüşün "Liverpul"un qələbəsi ilə başa çatıb - 1:2.
Məhəmməd Salah 29-cu dəqiqədə qonaqları hesabda irəli çıxarıb, Betu 54-cü dəqiqədə "Everton"un cavab qolunu vurub.
Vircil van Deyk 90+10-cu dəqiqədə "Liverpul"un qələbəsini rəsmiləşdirib.
Bu oyundan sonra "Everton" 47 xalla turnir cədvəlində 10-cu yer alır, "Liverpul" 55 xalla beşinci yerdədir.
Bizim.Media