EN

Piylənmə riskini azaldan yüksək kalorili qida müəyyən edilib...

...Tam süd, tərkibində daha yüksək yağ tərkibinə baxmayaraq, uşaqlarda piylənmə riskini azalda bilər. Bu, Toronto Universitetinin tədqiqatçılarının gəldiyi nəticədir.

SİA xəbər verir ki, tədqiqatın nəticələri Amerika Klinik Qidalanma Jurnalında (AJCN) dərc edilib.

Tədqiqatda böyük, uzunmüddətli uşaq sağlamlığı müşahidə proqramının məlumatlarından istifadə edilib.

Tədqiqatçılar uşaqların körpəlik dövründə istehlak etdikləri süd növünü - tam, az yağlı və ya yağsız - izləyib və bu məlumatları beş və səkkiz yaşlarında bədən çəkisi, bədən yağı ilə müqayisə ediblər.

Məlum olub ki, müntəzəm olaraq tam süd istehlak edən uşaqların bədən kütlə indeksi daha aşağıdır və səkkiz yaşına qədər piylənmə riski yağsız süd içənlərə nisbətən 69 faiz aşağıdır.

Ümumiyyətlə, südün daha yüksək yağ tərkibi daha əlverişli bədən tərkibi göstəriciləri ilə əlaqələndirilib.

Tədqiqatçılar qeyd edirlər ki, onların tapıntıları az yağlı süd məhsullarına yönəlmiş əvvəlki uşaqlıq qidalanma tövsiyələrini şübhə altına alır.

Müəlliflər süd yağının doyma hissini artıra və bununla da fast food, şirniyyat, eləcə də şəkərli içkilərin istehlakını azalda biləcəyini irəli sürürlər.

Lakin bu əlaqənin əsasını təşkil edən dəqiq mexanizmlər hələ müəyyən edilməmişdir.

Nazlı Almuradova

Chosen
16
1
sia.az

2Sources