Türkiyənin Antalya şəhərində “Çempionlar” turniri davam edir.
“İki sahil” xəbər verir ki, U20 yaş qrupu üzrə keçirilən turnirin ikinci günündə 4 güləşçimiz fəxri kürsüyə yüksəlib. Sərbəst güləşdə Nurlan Ağazadə (74 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşində 87 kq-da Orxan Hacıyev gümüş və Abdullah Həsənov isə bürünc medalla turniri başa vurub.
Qadın güləşində isə Esra Məmmədli (53 kq) üçüncü yeri tutub.