ain.az, Sportal.az portalına istinadən məlumat yayır.
Misli Premyer Liqasının 28-ci turu çərçivəsində səfərdə "Kəpəz"in qonağı olan "İmişli" 1:0 hesablı qələbə qazanıb.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb:
"Oyunu yaxşı analiz etmişdik. Bu matça bütün komanda hazır idi. Düşüncəmiz 3 xal ilə ayrılmaq idi. Bu da baş verdi. Bu oyunu Mozesə həsr edirik. 3 gün öncə atasını itirmişdi. Lakin bu matçda çox yaxşı çıxış edərək qələbəmizdə pay sahibi oldu. Azarkeşlərimizə də bizə səfərdə dəstək olduqları üçün təşəkkür edirik. Standart vəziyyətlərin üzərində çox işləyirik. Qolu da bu vəziyyətlərin birində vurduq. İlk hissədə hesabı artıra da bilərdik. İkinci hissədə rəqib daha yaxşı çıxış etdi. Lakin biz də müdafiə futbolumuzda uğurlu olaraq qələbə qazana bildik. Nəticə oyuna görə oldu".
- Mətbuatda sizin növbəti mövsümdə komandadan ayrılacağınız yazılır. Bu barədə rəhbərliklə söhbətiniz olubmu?
- Bütün diqqətimiz bu mövsümün məqsədindədir. Məqsədimizə çatdıqdan sonra bu barədə danışıqlarımız ola bilər. Hamı bildiyi kimi, əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Şanslarımız çox olsa da, bunu 100 faiz əldə etməmişik.
- Uzun müddətdir zədəli olan Vüsal Qənbərovun bundan sonraklı matçlarda daha çox oyunda olacağını gözləmək olarmı?
- Zədəsini tam sağaltsa da, 3-4 ay futboldan uzaq qaldığı üçün bu proses yavaş-yavaş baş verməlidir. Sonrakı matçlarda oyun vaxtının çox olacağını gözləmək olar.
- Mövsümün əvvəlində "İmişli"nin sonuncu yer tutacağı proqnozlaşdırılırdı. İndiki halda sonuncu pillədən 15 xal irəlidəsiniz...
- Çətinliklər, pis şərtlər və s.komandanın əsl xarakterini göstərir. Mövsümün əvvəlində texniki heyət komandanın bu keyfiyyətinə çox inanırdı. Bu çətinliklər "İmişli"nin formalaşdırdı. Bu zarafat deyil. 1-ci Liqadan yüksələn komanda üçün ilk ilində bu xalları yığmaq asan deyil.
Orxan Həsənquluyev
saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.