EN

“Yusif İmanov cəzalanacaq” Azər Bağırov

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Misli premyer-liqasının 28-ci turunda “Kəpəz” Yevlaxda “İmişli”yə uduzdu - 0:1. Oyunsonrası mətbuat konfransında Azər Bağırov jurnalistlərin suallarını cavabladı.- “İmişli”nin müdafiəyə necə qapandığını bilirik. Təhlil edəndə futbolçulara demişdik. Standart vəziyyətlər oyunlarında geridönüş nöqtələridi. Belə də qol buraxdıq. Bu hissədə daha güclü olmaq lazımdı. Son oyunlar daha vacibdi. - Klub ətrafında mənfi söz-söhbət dolaşır. - Futbolda hər şey ola bilər. Futbolçular da insandı. Məncə, onlar oyuna köklənmişdi. Biri gedir, biri gəlir. Futbolçular məsuliyyəti dərk etməlidi. Xüsusi ilə də Gəncədə. - Yusif İmanovun davranışı ilə bağlı fikriniz?- Nə qədər əsəbi olsa da, elə reaksiya verməməliydi. Yusif mən tərəfdən cəzalanacaq. Paltardəyişmə otağında səhvini anladı. Qələbə qazandığımız oyunlardan sonra futbolçuların “başı yuxarıdı”. - Gəncə təmsilçisi nə vaxta qədər elitada qalmaq uğrunda mübarizə aparacaq?- Əks tərəfdən də baxaq. 5-6-cı yerlərdə olan komandaların büdcəsini fikirləşəndə bizdə ürəkaçan deyil. İlk gələndə də komandanı yığa bilməmişəm. Camalı, Rəhmanı transfer etdik. İstədiyimiz futbolçuları ala bilmədik. Yaxşı nəticə üçün azı 18 futbolçun olmalıdı. Addım-addım olmalıdı. Böyük pulla da olan iş deyil. MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
1
icma.az

2Sources