EN

Lənkəranda güclü partlayış oldu

Lənkəranda avtomobil təmiri sexində partlayış olub.

Publika.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Füzuli küçəsində avtomobil təmiri sexində işləyən 1991-ci il təvəllüdlü İlham Şahvəli oğlu Qasımlının benzinlə ehtiyatsız davranması nəticəsində partlayış baş verib.

İ.Qasımlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona bədənin çoxsaylı yanığı, üz və hər iki qolun 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Xəsarət alana ilkin tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Chosen
6
8
publika.az

10Sources