EN

Bakıdan uçan təyyarə Batumiyə eniş edə bilməyib

Bu gün, aprelin 19-da Bakıdan Batumiyə uçan təyyarə əlverişsiz hava şəraiti səbəbindən təyinat nöqtəsinə eniş edə bilməyib.

Bu barədə FED.az biznes və maliyyə xəbərləri portalına təyyarənin sərnişinləri məlumat verib.

Sərnişinlərin sözlərinə görə, aprelin 19-da Bakıdan saat 14-20-yola düşən J28227reysli təyyarə Batumiyə 15-50-də eniş etməliydi. Amma əlverişsiz hava şəraiti və güclü yağış səbəbindən təyyarə Batumiyə eniş edə bilməyib.

İki dəfə cəhdddən sonra eniş edilməsi mümkün olmadığına görə, təyyarə 17-30-da Tbilisi hava limanına qayıtmalı olub və burada eniş edib. Bildirilib ki, sərnişinlər Batumiyə sabah səhər saat 9-da yola salınacaq. Bu vaxt ərzində isə sərnişinlərin hotellə təmin edilməsi nəzərdə tutulur.

Chosen
21
fed.az

1Sources