Bu gün Misli Premyer Liqasında 28-ci tura yekun vurulur.
QOL.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan iki görüşdən 1-i artıq başa çatıb.
Əvvəlcə "Kəpəz" "İmişli"ni qəbul edib. Matç "İmişli"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandaların ilk dövrədəki oyununda "İmişli" 3:0 hesablı qələbə qazanıb. İkinci dövrədə isə qolsuz heç-heçə qeydə alınıb.
Turun son oyununda isə "Qəbələ" "Sumqayıt"ı qəbul edir. Mövsüm ərzindəki oyunlarda "Sumqayıt"ın üstünlüyü var. Belə ki, ilk dövrədə Saşa İliçin komandası "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib. İkinci dövrənin matçı isə qolsuz heç-heçə ilə başa çatıb.
19 aprel (bazar)
Misli Premyer Liqası, 28-ci tur
18:00. “Sumqayıt” - “Qəbələ” - 1:0 (Birinci hissə)
Qol: Höccət Haqverdi,
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
15:30. “Kəpəz” - “İmişli” - 0:1
Qol: Azər Salahlı, 38
Yevlax şəhər stadionu
17 aprel (cümə)
“Zirə” - “Neftçi” - 1:1
“Araz-Naxçıvan” - “Turan Tovuz” - 0:3
18 aprel (şənbə)
“Qarabağ” - “Sabah” - 0:1
“Karvan-Yevlax” - “Şamaxı” - 1:0

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 18 qol
Velko Şimiç (“Sabah”) - 11 qol
Bassalu Sambu ("Neftçi") - 10 qol
Emin Mahmudov ("Neftçi") - 9 qol
Karim Rossi ("Şamaxı") - 9 qol