EN

SEPAH raket və dronlarını ARTIRIR

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran ordusu raket və pilotsuz uçuş aparatları ehtiyatlarını sürətlə bərpa edir.

Modern.az-ın “Tasnim”ə istinadən verdiyi məlumata görə, bunu SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi açıqlayıb. Onun sözlərinə görə, atəşkəs dövründə raket və dron arsenalı müharibədən əvvəlki səviyyədən daha sürətli şəkildə yenilənib.

Musəvi iddia edib ki, ABŞ və İsrail silah ehtiyatlarını eyni tempdə bərpa edə bilmir və bu səbəbdən digər regionlardakı silahları təcili Yaxın Şərqə daşımağa məcbur qalır.

Qeyd olunub ki, İranın arsenalında hələ də minlərlə ballistik raket və zərbə dronu mövcuddur. ABŞ qiymətləndirmələrinə görə isə İranın raket qurğularının 60 faizdən çoxu və zərbə dronlarının təxminən 40 faizi hələ də qalır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
2
modern.az

3Sources