EN

Türkiyə, Azərbaycan və Pakistan liderləri bir-biri üçün qardaşdan da yaxındırlar - Hakan Fidan

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin birlikdə əks olunduqları fotonu şərh edib.

Hafta.az xəbər verir ki, şəkil Antalya Diplomatiya Forumu çərçivəsində çəkilib.

Forumun yekunlarına dair keçirilən mətbuat konfransında çıxış edən Fidan bildirib: "Əslində bu, bütün dünyaya qardaşlıq həmrəyliyi mesajıdır".

Türkiyə diplomatiyasının rəhbərinin sözlərinə görə, üç lider arasındakı münasibətlər rəsmi protokol çərçivəsini xeyli aşır.

"Türkiyə, Azərbaycan və Pakistan liderləri bir-biri üçün qardaşdan da yaxındırlar. Bu, eyni zamanda onların təmsil etdikləri dövlətlərin və xalqların ortaq duyğularının təzahürüdür", - deyə o vurğulayıb.

Chosen
5
8
hafta.az

10Sources