EN

Lukaşenko: Mən ölməzdən əvvəl...

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkənin yeni rəhbəri onun həyatdan getməsindən xeyli əvvəl ortaya çıxacaq.

“İki sahil” xəbər verir ki, o bu fikirləri RT telekanalının aparıcısı Riki Sançesə müsahibəsində səsləndirib.

"Hesab edirəm ki, mən bu dünyadan getməzdən çox əvvəl burada normal bir insan işləyəcək. Bizdə çoxlu yaxşı, bacarıqlı insanlar var", - deyə A.Lukaşenko qeyd edib.

Onun sözlərinə görə, hətta hipotetik diktatura şəraitində belə yeni dövlət başçısı meydana çıxardı.

"Əgər mən hakimiyyəti uzun müddət saxlayacaq qədər diktatoramsa, hər halda nə vaxtsa dünyamı dəyişəcəyəm və burada başqa bir lider olacaq. Bu, sonuncu variantdır. Lakin belə olmayacaq. Bu, Belarus xalqının qərarıdır. O necə qərar verərsə, elə də olacaq", - deyə prezident vurğulayıb.

Dövlət başçısı xatırladıb ki, Belarusda ilk prezident seçkisində - 1994-cü ildə o, 80,3 faiz səs toplayıb.

"Bu, Belarus xalqının qərarı idi. Xalq divar kimi mənim arxamda dayanmışdı", - deyə o bildirib.

A.Lukaşenko əlavə edib ki, xalqın iradəsinə uyğun olaraq seçilmiş yolla getməyə hazırdır.

Chosen
1
3
ikisahil.az

10Sources