ain.az, Sportal.az portalına istinadən məlumat yayır.
Muhammed Salah mersisayd derbisində növbəti dəfə fərqlənib.
Sportal.az xəbər verir ki, "Liverpul"un vingeri "Everton" ilə oyunda fasiləyə qədər hesabı açıb. Misirli futbolçu 29-cu dəqiqədə qol vuraraq derbidəki qol sayını 9-a çatdırıb.
Bununla da Salah Steven Cerrardın rekordunu təkrarlayıb. Hər iki futbolçu Premyer Liqa tarixində mersisayd derbilərində “Everton”a qarşı 9 qol vurub.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.