EN

ABŞ-ın bu hərəkəti cinayətdir - Bəqai

ABŞ-ın İranın limanlarına və ya sahil xəttinə qarşı tətbiq etdiyi blokada təkcə Pakistanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəsin pozulması deyil, həm də qanunsuz və cinayət xarakterlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai özünün X səhifəsində yazıb.

“Bu, BMT Nizamnaməsinin 2(4)-cü maddəsini pozur. Eyni zamanda, BMT Baş Assambleyasının 3314 saylı (1974) qətnaməsinin 3(c) maddəsinə əsasən təcavüz aktı sayılır və həmin qətnamədə dövlətin liman və ya sahillərinin blokadası bu cür aktlara açıq şəkildə daxil edilir.

Bundan əlavə, İran əhalisinə qarşı qəsdən kollektiv cəza tətbiq edilməsi müharibə cinayəti və insanlığa qarşı cinayət hesab olunur”, - o qeyd edib.

Chosen
8
1
bakivaxti.az

2Sources