EN

Lənkəranda maşın təmiri sexində xəsarət alan usta reanimasiya şöbəsinə yerləşdirilib

Lənkəranda maşın təmiri sexində ağır xəsarət alan usta 1991-ci il təvəllüdlü şəxs (kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Aznews.az xəbər verir ki, Bu barədə TƏBİB-dən bildirilib.

Bədənin çoxsaylı yanığı, üzün və hər iki qolun ll dərəcəli termiki yanığı diaqnozları təyin olunan şəxsə zəruri tibbi xidmətlər göstərilib. Hazırda yaralının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Chosen
3
1
aznews.az

10Sources