EN

İran və ABŞ nümayəndə heyətləri İslamabadda danışıqlara hazırlaşır CNN

Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.

İran nümayəndə heyətinin çərşənbə axşamı ABŞ ilə növbəti danışıqlar raundu üçün İslamabada səfəri gözlənilir.

Yeniavaz.com CNN-ə istinadən xəbər verir ki, görüşlərin Pakistanda keçirilməsi planlaşdırılır.

Mənbələrin bildirdiyinə görə, nümayəndə heyətinin tərkibi əvvəlki raundla müqayisədə dəyişməyəcək. Heyətə İranın xarici işlər naziri Abbas Araqçi və parlament sədri Məhəmməd Baqer Qalibafın daxil olacağı ehtimal edilir.

Tehran tərəfi çərşənbə günü tərəflər arasında atəşkəsin uzadılmasına dair simvolik birgə bəyanatın qəbul ediləcəyini də gözləyir. Mənbələr qeyd edir ki, danışıqlar müsbət nəticələnərsə və ABŞ Prezidenti Donald Trampın İslamabada səfəri baş tutarsa, İran Prezidenti Məsud Pezeşkian da görüşə qatılacaq. Bu halda liderlərin birgə görüşü keçirilə və “İslamabad Bəyannaməsi” imzalana bilər.

Bununla belə, Trampın nümayəndə heyəti göndərəcəyini açıqlamasına baxmayaraq, Tehran hələlik danışıqlar üçün İslamabada səfərlə bağlı rəsmi təsdiq verməyib. Həftəsonu keçirilən yüksək səviyyəli əvvəlki danışıqlar isə konkret razılaşma ilə nəticələnməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
1
yeniavaz.com

2Sources