Argentina Prezidenti Xavyer Miley İsraildə rəsmi səfərdədir.Bu barədə "Ynet" xəbər verir.
Səfər çərçivəsində o, ölkəsinin Qüdsdə səfirliyinin açılışında iştirak edəcək.
Miley həmçinin İsrailin Müstəqillik Günü mərasimində məşəl yandıracaq və Ben-Qurion Hava Limanından Buenos-Ayresə birbaşa aviareysin açılacağını elan edəcək.