EN

Mikelsin üz sümüyü qırılıb

Misli premyer-liqasının 28-ci turunda "Qarabağ"la görüşdə zədələnən "Sabah"ın futbolçusu Coy-Lens Mikelsin durumu açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, ilkin müayinənin nəticəsinə görə, almaniyalı hücumçunun üz nahiyyəsində sınıq aşkarlanıb.

Onun sıraya nə zaman dönəcəyi ilə bağlı məlumat verilməyib. Mikelsin durumu sabahkı müayinədən sonra dəqiq bilinəcək.

Chosen
10
1
football-plus.az

2Sources