EN

Hakan Fidandan TƏCİLİ sülh müqaviləsi AÇIQLAMASI

“Ankarada Bakı və İrəvan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edilir”.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan Antalya Diplomatiya Forumunun yekunlarına dair brifinqdə bildirib.

“Türkiyə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanacağına ümid edir”, - deyə o qeyd edib.

Fidanın sözlərinə görə, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması iqtisadi baxımdan da faydalıdır.

“Oturduğumuz regionun Orta Dəhlizin həyata keçirilməsində rolu son dərəcə vacibdir. Çünki Cənubi Qafqazda sabitlik bu dəhlizin təhlükəsizliyi baxımından önəmlidir. Zəngəzur dəhlizi Türkiyə üçün çox vacib marşrutdur. Bu mövzuda biz Avropa İttifaqı ilə də işləyirik. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması regiondakı bütün ölkələrin inkişafına töhfə verəcək. Biz buna çox yaxınıq”, - deyə nazir əlavə edib.

Şahanə Rəhimli
Musavat.com

Chosen
1
1
musavat.com

2Sources