EN

Qnabri dünya çempionatında iştirak etməyəcək?

Almaniya millisinin və "Bavariya"nın yarımmüdafiəçisi Serj Qnabrinin dünya çempionatında iştirakı sual altına düşüb.

Publika.az "Sky Deutschland"a istinadən xəbər verir ki, buna oyunçunun aldığı ciddi zədə səbəb olub.

Münxen təmsilçisi 30 yaşlı futbolçunun sağ budunun əzələsinin qopması nəticəsində uzun müddətə sıradan çıxdığını açıqlayıb. Almaniyalı yarımmüdafiəçinin bərpa prosesinin təxminən 3-4 ay çəkəcəyi gözlənilir. Beləliklə, futbolçu iyunun 11-dən iyulun 19-na qədər keçiriləcək dünya çempionatını böyük ehtimalla kənardan izləyəcək.

Chosen
8
1
publika.az

4Sources