EN

İslamabad “bağlanır” - VİDEO

Pakistan paytaxtı İslamabadda ABŞ və İran arasında keçirilə biləcək növbəti atəşkəs danışıqları ərəfəsində hazırlıqlar sürətləndirilib.

Redaktor.az AP-yə istinadən xəbər verir ki, bazar günü təhlükəsizlik tədbirləri çərçivəsində şəhərin müxtəlif nöqtələrində nəzarət-buraxılış məntəqələrinə əlavə qüvvələr yerləşdirilib, turistik məkanlar müvəqqəti bağlanıb.

Böyük hotellərə isə yeni rezervasiyaların ləğv edilməsi və obyektlərin hazır vəziyyətdə saxlanılması göstərişi verilib.

Görülən tədbirlər fonunda şəhərdə həyat xeyli səngiyib. Sakinlərin əksəriyyəti bu ayın əvvəlində danışıqların ilk mərhələsi zamanı yaşanan yol bağlanmalarının təkrarlanmaması üçün evdə qalmağa üstünlük verir.

Rəsmi açıqlama verilməsə də, Pakistan rəsmiləri yaxın günlərdə mühüm görüşlərin keçirilə biləcəyini bildirir. Anonimlik şərti ilə danışan mənbələr regional vasitəçilərin hazırlıqları yekunlaşdırdığını və ABŞ-nin qabaqcıl təhlükəsizlik qruplarının artıq şəhərə gəldiyini qeyd edib.

Pakistan regionda gərginliyin azaldılması istiqamətində vasitəçilik rolunu aktiv şəkildə davam etdirir. Bu çərçivədə ölkənin hərbi rəhbərliyi ötən həftə Tehrana səfər edib, Baş nazir Şahbaz Şərif isə Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə kimi regional ölkələrin liderləri ilə görüşlər keçirib.

Chosen
1
3
redaktor.az

4Sources