EN

Serbiya Prezidenti Bakıda keçiriləcək WUF13-də iştirak edəcək

Bakı. Trend:

Serbiya Prezidenti Aleksandar Vuçiç gələn ay Bakıda keçiriləcəkÜmumdünya Şəhərsalma Forumunun XIII Sessiyasında (WUF13) iştirakedəcək.

Trend xəbər verir ki, bunuAleksandar Vuçiç aprelin 19-da Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Serbiyaya göstərdiyi davamlı dəstəyə görə Prezident İlhamƏliyevə bir daha minnətdarlıq edən Aleksandar Vuçiç ölkəsininAzərbaycanla münasibətləri səmimi dostluq, qarşılıqlı hörmət vəiqtisadi tərəqqiyə ortaq maraq ruhunda gələcəkdə də inkişafetdirmək əzmini bir daha vurğulayıb.

Aleksandar Vuçiç bütün bunları ölkələrimiz arasında güclütərəfdaşlığın və qarşılıqlı etimadın təsdiqi kimi qiymətləndirib.Serbiya Prezidenti gələn ay Bakıda keçiriləcək Ümumdünya ŞəhərsalmaForumunun XIII Sessiyasında iştirak edəcəyini də deyib.

Chosen
22
5
az.trend.az

10Sources