EN

Dubay normal həyata qayıdır, amma qorxu hələ də qalır

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ və İran arasında atəşkəs elan edildikdən sonra Dubayda həyat tədricən adi ritminə qayıtmağa başlayır.

Qaynarinfo xəbər verir ki, "Business Insider” nəşrinin yazdığına görə, lakin tam bərpadan danışmaq hələ tezdir. Münaqişə zamanı zərbələrə məruz qalan və ciddi fasilələr yaşayan şəhər hazırda ehtiyatlı bərpa mərhələsindədir.

Normallaşmanın ilk əlamətlərindən biri məktəblərin açılması və əməkdaşların ofislərə qayıtması olub. Eyni zamanda, ev heyvanlarının daşınmasından tutmuş logistika və köç xidmətlərinə qədər müxtəlif xidmətlər də tədricən bərpa olunur. Bu isə çoxsaylı əcnəbilərin yaşadığı şəhər üçün sabitliyin vacib göstəricilərindən hesab edilir.

Bu fonda daha əvvəl təhlükəsizlik səbəbindən əmirliyi tərk edən ekspatlar Dubaya qayıtmağa başlayır. Nəşrin qeyd etdiyinə görə, onların bir çoxu münaqişənin ən gərgin dövründə — hava məkanının bağlandığı və regiona zərbələrin endirildiyi vaxtda şəhəri tərk etmişdi.

Lakin şəhər sakinlərinin geri dönüşü əvvəlki inam hissi olmadan baş verir. İnsanlar "yeni normal”dan danışır — yəni atəşkəs elan olunsa belə, qeyri-sabitlik hissi qalır. Bəzi ailələr uşaqların təhsili və adi həyatın bərpası üçün geri qayıtsa da, eyni zamanda mümkün yeni gərginlik halında təxliyə planlarını əvvəlcədən hazırlamağa başlayırlar.

Münaqişə Dubayın təhlükəsiz və sabit yaşayış və biznes mərkəzi kimi reputasiyasına ciddi zərbə vurub. BƏƏ ərazisinə edilən hücumlar, insan itkiləri və dağıntılar, həmçinin aviareyslərlə bağlı yaranan xaos və sərnişinlərin çətin vəziyyətdə qalması göstərib ki, belə şəhərlər belə regional böhranlardan tam sığortalanmayıb.

Xüsusilə aşağı gəlirli miqrantlar üçün vəziyyət daha çətin olub. Onların bir qismi ölkəni tərk etməyə maddi imkan tapmayıb, bəziləri isə münaqişənin iqtisadi nəticələri fonunda maaşların azalması və iş şəraitinin pisləşməsi ilə üzləşib.

Buna baxmayaraq, sakinlərin bir hissəsi adi həyata qayıtmağa çalışır: uşaqları yenidən məktəbə göndərir, işə qayıdır və gündəlik vərdişlərini bərpa edirlər. Eyni zamanda ehtiyatlılıq da artır — insanlar xəbərləri daha diqqətlə izləyir, riskləri müzakirə edir və mümkün yeni sarsıntılara hazırlaşırlar.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
qaynarinfo.az

1Sources