EN

Müctəba Xameneinin adından İran mediası BƏYANAT YAYDI

İran mediası ölkənin ali lideri Müctəba Xameneinin bəyanatını yayıb.
Müraciətdə İran Hərbi Dəniz Qüvvələrinin ABŞ və İsrailə qarşı yenidən zərbə endirməyə hazır olduğu bildirilib.

Xamenei çıxışında qeyd edib ki, İran ordusu hər iki ölkənin silahlı qüvvələrinə qarşı eyni vaxtda müharibə aparmaq imkanına malikdir.

Müraciət ordunun yaradılmasının ildönümü münasibətilə yayılıb.
 

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq ölkənin bir sıra şəhərlərinə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali lideri Əli Xamenei öldürülüb.


Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib, həmçinin Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 11-12-də isə İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında keçirilən danışıqlar nəticəsiz başa çatıb.
 

ABŞ Prezidenti Donald Tramp aprelin 15-də İran limanlarının dəniz blokadası davam etsə də, Hörmüz boğazının gəmiçilik üçün açıldığını elan edib. Bu addımın Çinlə münasibətləri qorumaq məqsədilə atıldığı bildirilib.


Daha sonra, aprelin 18-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri atəşkəs razılaşmasının pozulduğunu və İran limanlarının ABŞ hərbçiləri tərəfindən blokadada saxlanıldığını əsas gətirərək boğazın bağlandığını açıqlayıb.

Chosen
2
2
news365.az

3Sources