EN

Naxçıvanda ağır qəza: Yaralı var - FOTO

Naxçıvan şəhərində xəsarətlə nəticələnən qəza baş verib.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Atatürk küçəsi ilə Əziz Əliyev küçəsinin birləşməsində qeydə alınıb.
 

Belə ki, 75-BP-194 dövlət nömrə nişanlı "İbiza" markalı avtomobillə 69-BF-438 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub.


Qəza zamanı 1 nəfər xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəsətəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.


Bizim.Media

Chosen
7
11
bizim.media

10Sources