EN

Matça doğru: “Sumqayıt” və “Qəbələ”də ciddi itkilər

Azərbaycan Premyer Liqasının 28-ci turunda “Sumqayıt” doğma meydanda “Qəbələ”ni qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itkilərlə çıxacaq. Ev sahibinda zədəli Ayxan Süleymanlı, Roi Kehat və Keffel meydana çıxa bilməyəcək. Onlarla yanaşı, Danilo Beskorovaynıy da cəzalı olduğu üçün matçı kənardan izləyəcək.

“Qəbələ”də də itkilər var. İsak Amoah cəzalı, Sissoko isə  zədəlidir.

“Sumqayıt” – “Qəbələ” oyunu bu gün saat 18:00-da start götürəcək.

Chosen
35
idmanxeber.az

1Sources