Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsi ilə Əli Nəzmi küçəsinin kəsişməsində qeydə alınıb. İlki avtomobilin toqquşması zamanı 1949 cu il təvəllüdlü Nüsrəddin Qasımov, 1968 ci il təvəllüdlü Valeh Həsənov və 1975 ci il təvəllüdlü Hüseynov xəsarət alaraq xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.